Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 22:48
Türkiyədə keçirilən nikah mərasimində maraqlı hadisə baş verib.
Sevib-seçdiyi bəylə ailə quran xanım onunla evlənməyə razı olduğunu bildirib. Daha sonra "Evlənməyi qəbul edirsiniz?" sualı bəyə ünvanlanıb.
Bu zaman bəy son dəfə anasından icazə alıb, gəlini qəbul edib-etmədiyini soruşub. Anasının "hə" cavabından sonra o, xanımı ilə evlənməyə razı olduğunu deyir.
Nikahdan lentə alınan görüntülər sosial şəbəkələrdə viral olub. Bəyin gözlənilməz addımı istifadəçilərin müzakirələrinə səbəb olub.