Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Deyirdilər ki, neynirsən seriala çəkilib, otur uşağına bax”

“Deyirdilər ki, neynirsən seriala çəkilib, otur uşağına bax”

Tarix: 23 Dekabr 2022 03:45

"Film-serial sektorundan və oradakı dostlarımdan incimişəm. Evlənib, oğul-uşaq sahibi olandan sonra "sən artıq heç nə etməzsən, ana olmusan, uşaqların olub, işləməzsən, ərinin vəziyyəti də yaxşıdır, ehtiyac yoxdur" kimi yanaşma gördüm. Bundan çox narahat oldum".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri türk aktrisa Pelin Karahan söyləyib. Aslı Şafakaın verilişinə qonaq olan Pelin aktrisalardan şikayətlənib:

"Mən aktrisayam, bu işlə məşğulam, analıq məzuniyyətinə çıxdım və sonra davam edəcəyəm. Bu, necə yanaşmadır? Mən çalışqan bir qadınam, niyə ehtiyacım yoxdur? Bunu daha çox həmcinslərim edir. Yemək verilişi aparan zaman həmkarlarımla qarşılaşanda "hə də neynirsən səhərə qədər seriala çəkilirsən, otur evində uşağına bax" deyirdilər. Elə bil ki, səni bu sektordan ələyiblər.

Mən niyə evdə oturmalıyam? Bunu insana ancaq qadınlar edir, kişilər yox. O dönəm dedim ki, bu, belə olmayacaq. Ona görə Kiprdə çəkilən serialı seçdim, başqa ölkəyə getdim-gəldim. İndi deyirlər ki, necə çatdırırsan? Uşaqları qoyub necə getdin? Çalışıram, hamısına da çatdırıram. Siz də edin!".

Qeyd edək ki, iş adamı Bedri Güntayla evli olan Pelinin iki övladı var.

Milli.Az


Etiketlər:  Deyirdilər ki neynirsən seriala çəkilib otur uşağına bax


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ