Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2022 11:22
Ötən gecə Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Dərnəgül yolu adı ilə tanınan Ziya Bünyadov prospektində 9 avtomobil bir-birinə çırpılıb.
Bildirilib ki, hadisəyə havanın yağıntılı olması səbəbindən yolun sürüşkən olması və sürücülərin ara məsafəsi tələbinə riayət etməməsi səbəb olub.
Nəticədə ciddi xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.
Həmin qəzanın görüntülərini təqdim edirik: