Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suyun təmizlənməsinin yeni üsulu tapılıb

Suyun təmizlənməsinin yeni üsulu tapılıb

Tarix: 9 Oktyabr 2019 21:28

Bakı. Trend:

Fionn Ferreira adlı gənc irlandiyalı alim bitki yağını ferromaye ilə qarışdıraraq yağlı maye hazırlayıb. Belə ki, sözügedən qarışığı plastik mikroskopik kütlə hissəcikləri ilə çirklənmiş suya əlavə etdikdən sonra onu maqnit vasitəsilə təmizləmək mümkün olub.

Trend-in məlumatına görə, təcrübələr nəticəsində hazırlanan mayenin suyun tərkibində olan plastik tullantıların 88%-ni təmizlədiyi məlum olub.

Qeyd edək ki, gənc dahi 13-18 yaş arası tədqiqatçılar arasında "Google Science Award" elm müsabiqəsində fəal iştirak edib. O, elmi fəaliyyətinin nəticəsi olaraq 12 mükafat alıb.


Etiketlər:  Suyun təmizlənməsinin yeni üsulu tapılıb


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ