Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə zəng edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə  zəng edib

Tarix: 24 Dekabr 2022 21:06

Dekabrın 24-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Salim bin Məhəmməd əl-Maliki dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında Azərbaycanla ICESCO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Dövlətimizin başçısı ərazilərimizin işğalı zamanı və işğaldan azad olunmasından sonra Azərbaycanın ədalətli mövqeyinin davamlı dəstəklənməsi və işğal dövründə ermənilərin torpaqlarımızda tarixi-mədəni abidələrimizi dağıtmaları barədə faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı ISESCO-nun və şəxsən Salim bin Məhəmməd əl-Malikinin fəaliyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Salim bin Məhəmməd əl-Malikinin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərə görə də bir daha minnətdarlığını bildirib.

Dövlətimizin başçısı və ICESCO-nun Baş direktoru əməkdaşlığın bundan sonra da genişlənlənəcəyinə əminliklərini ifadə ediblər.

Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevi ICESCO-nun mənzil-qərargahına səfərə dəvət edib.

Dövlətimizin başçısı dəvəti minnətdarlıqla qəbul edib və öz növbəsində Salim bin Məhəmməd əl-Malikini ölkəmizə səfərə dəvət edib.

ICESCO-nun Baş direktoru dəvəti məmnunluqla qəbul edib və təşəkkürünü bildirib.

Milli.Az


Etiketlər:  ICESCO nun Baş direktoru Prezident İlham Əliyevə zəng edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ