Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elektron siqaretlə bağlı yeni xəbərdarlıq

Elektron siqaretlə bağlı yeni xəbərdarlıq

Tarix: 25 Dekabr 2022 11:24

Britaniyalı mütəxəssislər elektron siqaretdən istifadənin yeni nəticələrini açıqlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Lawson Sağlamlıq Tədqiqat İnstitutunun və Qərb Universitetinin Şulich Tibb və Stomatologiya Məktəbinin alimlərinin araşdırmasının nəticələri "PLOS ONE" jurnalında dərc olunub.

Məlumata görə, alimlər veypinqin ağciyərdə səthi aktiv maddəsinin təsirini araşdırıblar. Alimlər səthi aktiv maddəni şprisin içərisinə yerləşdirib, sonra veypinq cihazından istifadə edərək aerosolu şprisə vurublar.

Beləliklə, buxar birbaşa səthi aktiv maddə ilə qarşılıqlı təsir göstərib. Məlum olub ki, nikotin dadı başqa dadlarla qarışıb nikotinsiz aromatizatorlara çevrilir.

Milli.Az


Etiketlər:  Elektron siqaretlə bağlı yeni xəbərdarlıq


RƏYLƏR