Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çinlilər Rusiyanın strateji səhv hesablamalarından şoka düşüblər''

''Çinlilər Rusiyanın strateji səhv hesablamalarından şoka düşüblər''

Tarix: 25 Dekabr 2022 13:54

Çin Ukraynadakı müharibədə Rusiyaya dəstək vermək niyyətində deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə keçmiş koordinatoru Daniel Frid deyib.

O, çinlilərin Rusiyanın özünü hərbi baxımdan necə göstərməsindən şoka düşdüyünü bildirib:

"Çinlilər Rusiya Federasiyasının strateji səhv hesablamalarından, Putinin idarəetməsindən, yöntəmsizliyindən şoka düşüblər. Ən azı son bir neçə ildə Rusiya həmişə Çinin kiçik tərəfdaşı olub. İndi tamamilə aydındır ki, Rusiya aqressiv və bacarıqsız kiçik tərəfdaşdır. Çinin Putinə görə riskə gedəcəyinə şübhə edirəm".

Milli.Az


Etiketlər:  Çinlilər Rusiyanın strateji səhv hesablamalarından şoka düşüblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ