Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Rusiyanın hücum vaxtını bilir: sənədlər var

Almaniya Rusiyanın hücum vaxtını bilir: sənədlər var

Tarix: 25 Dekabr 2022 15:50

Rusiyanın yeni hücumu 2023-cü ilin aprelində başlayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Əldə olunan sənədlər onu göstərir ki, Berlində Rusiyanın yeni ildə Ukraynada necə hərəkət edəcəyi barədə dəqiq məlumatlar var. İki ssenari mümkündür. Birinci ssenariyə əsasən, Rusiya Donbasın Ukraynanın nəzarətində olan hissələrinə hücuma keçəcək. Burada Moskva Belarus Prezidenti Aleksandr Lukaşenkoya ümid edir. Belarus qoşunları hücum zamanı təhdid və diqqəti yayındırmaq üçün istifadə olunacaq. İkinci ssenariyə görə isə Belarus ordusu müharibədə birbaşa iştirak edəcək. Amma bu, daha az ehtimal olunan variantdır. Həm də bu ssenarinin reallaşması üçün Rusiyada ümumi səfərbərlik elan olunmalıdır", - məlumatda qeyd olunub.


Etiketlər:  Almaniya Rusiyanın hücum vaxtını bilir sənədlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ