Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 16:12
Türkiyədə bir rusiyalı selfi çəkdirmək istəyərkən ölüb.
Sonxeber.net bildirir ki, bu barədə yerli "Pusuxaber" nəşri məlumat yayıb.
Hadisə dekabrın 25-də baş verib. Serik şəhərində qalan Rusiya vətəndaşları - 35 yaşlı Stanislav İvançenko, 54 yaşlı Nataliya Filimonova və 34 yaşlı Anna Filimonova Antalyanın Köprülü Kanyonuna gəzintiyə çıxıblar. Çəkiliş zamanı kişi müvazinətini itirərək 35 metrlik qayadan yıxılıb.
Qeyd olunub ki, İvançenko yıxıldıqdan dərhal sonra dünyasını dəyişib. Hadisə yerinə baxış keçirildikdən sonra meyit yarılmaq üçün Məhkəmə Tibb İnstitutunun morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
İrfan Vəliyev