Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azyaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır

Azyaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır

Tarix: 28 Dekabr 2022 08:30

Tovuz rayonunda azyaşlı qızın ərə verilməsi ilə bağlı Tovuz rayon polis şöbəsində müvafiq araşdırma başladılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Sonxeber.net-a bildirib ki, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub.

Onlara bildirilib ki qanunla müəyyən edilmiş yaş həddinə çatmamış şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər bu məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşının qanunla müəyyən edilmiş həddə çatdıqdan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir.


Etiketlər:  Azyaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ