Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 09:26
Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriye Arslanın qətiyyəti hər kəs tərəfindən bəyənilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Arslan hərfləri tanımadığından qəzaya düşən və xəstəxanaya yerləşdirilən həyat yoldaşının adını oxuya bilmədiyi üçün onun otağını tapa bilməyib. Elə həmin gün o, dil kursuna getməyə qərar verib.
"İllər sonra oxuyub-yazmağı öyrənmək çox gözəl hissdir. Oxuyub-yazmağı bilməyən insanlar kor olurlar.
Kəndimizdə məktəb var idi. Anam, atam dağa gedirdilər. Uşaqlara mən baxırdım, ona görə də məktəbə gedə bilmədim. Sonradan Mersinə köçdük, oxumağı bacarmırdım deyə heç yerə tək gedə bilmirdim", - deyə 73 yaşında arzularına çatmağın sevincini yaşayan Arslan indi hər yerə tək getdiyini bildirib.