Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 21:12
İspaniya millisinin və “Barselon”nın sabiq futbolçusu Xavi Ernandes karyerası ilə bağlı qərar verib.
Qol.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi “AS” nəşrinə açıqlamasında mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini açıqlayıb. O, məşqçiliyə başlamaq istədiyini bildirib.
Qeyd edək ki, 1998-2015-ci illərdə “Barselona”da oynayan Xavi hazırda Qətərin "Əl Sədd" klubunda çıxış edir.