Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 13:34
Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsinin və Bakı şəhər Pirallahı Rayon Polis Şöbəsinin statusu ləğv edilib. Hər iki şöbəyə idarə statusu verilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun son əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin nəzdindəki rayon polis idarələrinin sayı 12-yə çatıb.
Qeyd edək ki, idarə şöbədən daha yuxarı səlahiyyətli struktur hesab olunur.