Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan atılan raket Belarus ərazisinə düşdü

Ukraynadan atılan raket Belarus ərazisinə düşdü

Tarix: 29 Dekabr 2022 15:54

Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid raket Belarus ərazisinə düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "BELTA" məlumat yayıb.

"Bu gün səhər saat 10:00-11:00 aralığında Ukrayna ərazisindən S-300 sistemi vasitəsilə atılan raket Belarus ərazisinə düşüb", - məlumatda deyilir.

Həmçinin əlavə olunub ki, yaranmış fövqəladə vəziyyətlə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb.

Milli.Az


Etiketlər:  Ukraynadan atılan raket Belarus ərazisinə düşdü


RƏYLƏR