Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlərə inanmadı və sağlam uşaq doğdu

Həkimlərə inanmadı və sağlam uşaq doğdu

Tarix: 29 Dekabr 2022 20:46

Böyük Britaniyada hamilə qadın övladının öldüyünü bildirən həkimlərə inanmaq istəməyib və çoxdan gözlənilən oğlunu dünyaya gətirib.

Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

27 yaşlı Hanna Koul hamiləliyin 20-ci həftəsində xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər körpənin ürək döyüntüsünü müəyyən edə bilməyib və Koula süni doğuş təyin etmək qərarına gəliblər. Lakin qadının sözlərinə görə, o, uşağın sağ olduğunu hiss edib və həkimlərin qənaətinə inanmayıb. O, başqa bir müəyinə etmək istəyib.

Nəticədə, əvvəlki diaqnoz Koulu məyus etməyib və ikinci müayinə zamanı həkimlər körpənin ürək döyüntüsünü eşidiblər. Mütəxəssislər səhvə görə xəstədən üzr istəyib və onun vəziyyətini izləməyə davam ediblər.

Hamiləliyin 24-cü həftəsində britaniyalı cəmi 780 qram ağırlığında oğlan uşağı dünyaya gətiriblər. Oğlunun adını Okli qoyub. Doğuşdan dərhal sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Orada uşağa nekrotizan enterokolit, vaxtından əvvəl və ya xəstə yenidoğulmuşlarda baş verən xəstəlik diaqnozu qoyulub. Bu, selikli qişanın və ya bağırsağın daha dərin təbəqələrinin nekrozu ilə xarakterizə olunur.

Koulun sözlərinə görə, o, nəhayət fevral ayında oğlunu evinə apara biləcək. "Mən onun evə gəlməsini səbirsizliklə gözləyirəm və o zaman bütün ailə biraraya gələcək", - o deyib.

İrfan Vəliyev


Etiketlər:  Həkimlərə inanmadı sağlam uşaq doğdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ