Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Damladan Talıbovdan yüksək qonorar almasına - Reaksiya

Damladan Talıbovdan yüksək qonorar almasına - Reaksiya

Tarix: 29 Dekabr 2022 21:10

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Seymur və Rza Talıbovların müğənnilərə bahalı hədiyyə və yüksək məbləğdə qonorar verməsi haqqında xəbərlər yayılıb. Onların sırasında müğənni Damlanın da adı çəkilir. Seymur Talıbovun Damlaya konserti müqabilində yüksək qonorar verdiyi iddia olunur.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, nəsələ ilə bağlı Damlanın meneceri Şəhriyar Abışov yayılan məlumatlara münasibət bildirib:

"Biz o adamı tanımırıq. Naxçıvanda "Saat Meydanı"nda konsertimiz olub. Konsert təşkilatçılar vasitəsiylə həll edilib, qonorar da ənənəvi qaydada verilib. Bir günlük konsert proqramı ilə çıxış etmişik və qayıtmışıq. Ümumiyyətlə, biz onu tanımırıq. Bizdə telefon nömrəsi belə yoxdur. O adamla üz-üzə də gəlməmişik".

Qeyd edək ki, Missiya.az saytında Vasif Talıbovun övladlarının Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə "qonorarlar" ayırdığı vurğulanıb. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Damlanın Naxçıvanda konserti bu ilin iyun ayında baş verib.

Milli.Az


Etiketlər:  Damladan Talıbovdan yüksək qonorar almasına Reaksiya


RƏYLƏR