Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki kq-a yaxın qızılı alt paltarında sərhəddən keçirdi

İki kq-a yaxın qızılı alt paltarında sərhəddən keçirdi

Tarix: 30 Dekabr 2022 00:46

Hindistanın Kasaraqod şəhərinin Şahla adlı 19 yaşlı sakini alt paltarında qanunsuz olaraq iki kiloqrama yaxın qızılı sərhəddən keçirib.

Milli.Az bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Şahla Dubaydan Hindistana uçub, gömrükdən keçib və hava limanından çıxıb. Bu zaman qadın polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Şahlanı bir neçə saat dindirsələr də, o, qaçaqmalçı olmadığını iddia edib.

Polis qızın baqajına baxış keçirib, lakin şübhəli heç nə aşkar etməyib. Daha sonra Şahla tibbi müayinədən keçib və onun alt paltarından 1,8 kiloqram qızıl aşkar edilib.

Qız həbs edilib. Cinayətdə daha kimin əli olduğunu öyrənmək üçün onu dindiriblər. Qeyd olunub ki, Şahla altı günlük müddətə Dubaya uçub. O, valideynlərinə yalan danışıb ki, iş müsahibəsinə gedir, amma səfərin məqsədi qiymətli metalı daşımaq olub. Polis müsadirə edilən qızılların məhkəməyə təhvil veriləcəyini və əlavə araşdırma üçün gömrük orqanlarına ətraflı hesabat veriləcəyini bildirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  İki yaxın qızılı paltarında sərhəddən keçirdi


RƏYLƏR