Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb

Tarix: 10 Oktyabr 2019 14:36

Bakı. Trend:

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb.

Trend-in məlumatına görə, bu barədə “TurStat” portalının statistikasında deyilir.

Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının matçlarını qəbul edəcək Bakı Olimpiya Stadionu 69 min azarkeş tutumuna malikdir.

Siyahıda birinci yerdə Moskvanın “Lujniki” (81 min), ikinci yerdə Kiyevin "Olimpiya" stadionu (70 min) qərarlaşıb.

İlk beşlikdə, həmçinin Sankt-Peterburqun “Qazprom Arena” (68 min) və Tbilisinin Boris Payçadze adına stadionu (55 min) yer alıb.

15 min azarkeş tutan “Bakcell Arena” da ilk 15-likdə yer alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə dəki idman arenaları arasında üçlükdə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ