Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 10:52
Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən "Shaurma N-1" restoranında kütləvi dava olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb. Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H. Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y. Kutlu xəsarətlər alıb.
Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.