Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan şərt qoydu: avtomobillər və yüklər yoxlanılacaq

Azərbaycan şərt qoydu: avtomobillər və yüklər yoxlanılacaq

Tarix: 30 Dekabr 2022 11:54

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə Laçın yolunda vəziyyət və humanitar yüklərin Xankəndinə çatdırılması müzakirə olunub. 

Milli.Az xəbər verir ki, Azərbaycan tərəfi öz təkliflərini bildirib: humanitar yüklərin Xankəndinə çatdırılmasında heç bir problem və maneə yoxdur. Amma avtomobillər və yüklər yoxlanılacaq. Eyni təkliflər Avropa İttifaqının nəzərinə çatdırılıb.

Erməni tərəfi hər gün Ermənistandan Xankəndinə 400 tona qədər müxtəlif yüklərin gətirildiyini israrla vurğuladığından bu yükləri çatdıran avtomobillərin və onların aid olduğu şirkətlərin siyahısının tərtib edilməsi təklif edilib. 

Belədə, zəruri yoxlamalardan sonra həmin avtomobillərin keçidi üçün gərəkli şərait yaradılacaq. Fəqət, erməni tərəfi bu təklifdən qəti şəkildə imtina edib.

Üstəlik, Xankəndindəki terrorçu xuntanın rəhbərləri Araik Arutyunyan və Ruben Vardanyanın simasında olan dəstə birləşmələrinin qalıqlarının başçıları sözün əsl mənasında yaxa cıraraq "humanitar fəlakət"dən, "blokada"dan və s. danışırlar.

Aydındır ki, cinayətkar Arutyunyan-Vardanyan duetinin məqsədi heç də Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilərin əhalisinin ehtiyac duyduğu malların çatdırılması yox, mifik "humanitar fəlakət"dən bəhs edərək "zəruri" informasiya anturajının yaradılmasıdır.

Milli.Az


Etiketlər:  Azərbaycan şərt qoydu avtomobillər yüklər yoxlanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ