Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə başlayandan bəri Rusiya Ukraynanın 30 merini oğurlayıb

Müharibə başlayandan bəri Rusiya Ukraynanın 30 merini oğurlayıb

Tarix: 31 Dekabr 2022 09:46

Kiyev meri Vitali Kliçko müharibə başlayandan bəri Rusiya işğalçı qüvvələrinin Ukrayna şəhərlərinin 30 merini oğurladığını açıqlayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə siyasətçi "Spiegel"ə müsahibəsində bildirib.

"Merlər hər yerdə hədəf idi. Rusiyalılar merləri həbs etməyə və onları əməkdaşlığa məcbur etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışıblar", - Ukrayna paytaxtının rəhbəri izah edib.

Kliçkonun sözlərinə görə, hökumət yerli məmurlara potensial işğal halında şəhərlərini tərk edib-etməmələri barədə dəqiq cavab verməyib. O əlavə edib ki, ukraynalılar özləri belə bir qərar qəbul etməli olublar.

"Vəziyyət çətin idi: əgər siz öz icmanızla birlikdə qalsanız, siz satqınsınız... Biz bir neçə dəfə hökumətdən göstəriş verməsini xahiş etmişik: qalmaq, yoxsa evakuasiya etmək? Amma dəqiq cavab almadıq", - Kliçko yekunlaşdırıb.


Etiketlər:  Müharibə başlayandan bəri Rusiya Ukraynanın merini oğurlayıb


RƏYLƏR