Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ağır qəza: 4 nəfər ölüb, 1 nəfər yaralanıb - VİDEO - FOTO

Bakıda ağır qəza: 4 nəfər ölüb, 1 nəfər yaralanıb - VİDEO - FOTO

Tarix: 1 Yanvar 2023 15:00

14:59

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".

13:47

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, hadisə "Ulduz" metrosunun yaxınlığında qeydə alınıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub: "İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydaları pozması nəticəsində baş verib. "Mercedes"də olan 3 nəfər ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirildikdən sonra ətraflı məlumat veriləcək. Bir daha sürücülərdən bayram günlərində diqqətli olmağı, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik". 

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda ağır qəza nəfər ölüb nəfər yaralanıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ