Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahsun Kırmızıgülün oğlu güllələnib

Mahsun Kırmızıgülün oğlu güllələnib

Tarix: 2 Yanvar 2023 00:10

Türkiyənin məşhur müğənnisi, rejissor və ssenarist Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül güllə yarası alıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən əyləncə məkanında iki qrup arasında dava düşüb.

Nəticədə əyləncə məkanının mühafizəçiləri iki qrupu ayıraraq çölə çıxarıblar. Gənclər çölə çıxdıqdan sonra silah səsləri eşidilib. Hadisə yerində onlarla boş giliz tapılıb.

Qeyd olunub ki, atılan güllələrdən ikisi Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgülün çiyninə dəyib.

Hadisə baş verən ərazidə aktyorlar Burak Çelik, Umut Evirgen, Yağmur Tanrıseven, Şeyma Baday, rejissor Ali Bilgin və bir çox məşhur olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mahsun Kırmızıgülün oğlu güllələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ