Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazpəri ilə Elza illər sonra barışdı - VİDEO

Nazpəri ilə Elza illər sonra barışdı - VİDEO

Tarix: 2 Yanvar 2023 10:10

İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan barışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, N.Dostəliyeva evinə qonaq gələn E.Seyidcanla qucaqlaşıb. Həmin anlar "Günaydın, Azərbaycan" verilişində izləyicilərə təqdim olunub.

"Küsmək deyildi... Allah eləməsin! Düşmən deyilik. Üz-üzə gəldik, həmkarıq. İllər boyu Elzanın mahnıları olub. Onların üzərində çalışmışıq. Elza hər zaman mənə əziz olub" deyə, Nazpəri bildirib.

Qeyd edək ki, Nazpəri və Elza arasında qalmaqal "Azərbaycanın səsi" yarışmasında başlayıb. Münsif kürsüsündə oturan ifaçıların sözləri çəpləşib və bir-birini tənqid ediblər.


Etiketlər:  Nazpəri ilə Elza illər sonra barışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ