Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 08:44
Fransanın GTT (Qaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyanın "Zvezda" gəmiqayırma şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisini nəzərdə tutan müqaviləyə xitam verərək Rusiyada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"Qrup Rusiyaya mühəndislik xidmətlərinin göstərilməsini qadağan edən Avropa sanksiyalarının səkkizinci və doqquzuncu mərhələlərini ətraflı nəzərdən keçirərək Federasiyada fəaliyyətini dayandırır", - məlumatda deyilir.
Şirkət bildirib ki, GTT gələcəkdə Rusiya layihələrini sifarişlər portfelinə daxil etməyəcək.