Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2023 09:00
Ukrayna rus əsgərlərini məğlub etdikdən sonra müqaviləli orduya keçməli və eyni zamanda hər kəsə müvafiq bilik və bacarıqlara yiyələnmək imkanı yaratmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.
"Biz artıq NATO-nun strateji planlaşdırma, təhsil, şəxsi heyət və bölmələrin hazırlanması, müharibə aparmaq prinsiplərindən istifadə edirik. Bunun sayəsində biz nəinki düşməni çəkindiririk, həm də onun ələ keçirdiyi əraziləri azad edirik. Qələbəmizdən sonra hərəkətə keçməliyik. Güclü müqaviləli ordu yaratmaq və eyni zamanda hər kəsə düşmənin yenidən hücuma keçəcəyi təqdirdə ölkənin müdafiəsinə kömək edəcək bilik və bacarıqlar əldə etmək imkanı verməliyik", - Şmıqal vurğulayıb.