Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Açıq-saçıq səhnələrə görə film şirkətini məhkəməyə verdilər

Açıq-saçıq səhnələrə görə film şirkətini məhkəməyə verdilər

Tarix: 4 Yanvar 2023 14:20

1968-ci ildə lentə alınan "Romeo və Cülyetta" filminin aktyorları Oliviya Hassi və Leonard Uaytinq "Paramout Pictures" şirkətini məhkəmə veriblər.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktyorlar sözügedən şirkəti cinsi istismarda ittiham edirlər. 

Məlumata görə, filmin çəkilişi zamanı Hassinin 15, Uaytinqin isə 16 yaşı olub. Bildirilir ki, çəkiliş zamanı filmin rejissoru Franko Zeffirelli aktyorlara filmdə açıq-saçıq səhnələrin yer almayacağını bildirsə də, daha sonradan onlardan bunu tələb edib.

Oliviya Hassi və Leonard Uaytinq filmdə yer alan həmin səhnələrə görə sarsıntı keçirdiklərini qeyd ediblər. 

Aktyorlar şirkətdən 500 milyon dollar tələb edirlər. 

Qeyd edək ki, Franko Ceffirelli 2019-cu ildə 96 yaşında Romada dünyasını dəyişib.


Etiketlər:  Açıq saçıq səhnələrə görə film şirkətini məhkəməyə verdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ