Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada tibb bacısı boğulub öldü - FOTO

Zaqatalada tibb bacısı boğulub öldü - FOTO

Tarix: 4 Yanvar 2023 15:04

Zaqatalada tibb bacısı dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Cavadxan küçəsində baş verib. 1981-ci il təvəllüdlü Əminə Fidail qızı Qardaşova yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Əminə Qardaşova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırmış.

Milli.Az qafqazinfoya istinadla fotonu təqdim edir:

Milli.Az


Etiketlər:  Zaqatalada tibb bacısı boğulub öldü FOTO


RƏYLƏR