Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baykonur kosmodromu yoxsa kriminal mərkəzi - qazaxlar əməliyyat keçirdi

Baykonur kosmodromu yoxsa kriminal mərkəzi - qazaxlar əməliyyat keçirdi

Tarix: 4 Yanvar 2023 21:06

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Baykonur şəhərində fəaliyyət göstərən cinayətkar qruplaşmanın 18 üzvünün saxlanıldığını açıqlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,eyni vaxtda Astanada, Qızılorda və Konayevdə (bu şəhərdə həm də böyük qumar zonası yerləşir) həbslər həyata keçirilib. Ümumilikdə, xüsusi əməliyyat çərçivəsində mütəşəkkil cinayətkar dəstədən odlu silah və pullar götürülüb. Şübhəlilərin adam oğurluğu, qəsb, silahlı hücumlar və talançılıqla məşğul olduqları bildirilir.

Qazaxıstan rəsmiləri saxlanılan dəstənin 2022-ci ilin sentyabrında Baykonurda atışmada iştirak etdiyini bildirir.

"Tengrinews" saytı isə atışmanın şəhərin eyniadlı rayonunun adını daşıyan Arbat və Damansk dəstələri arasında münaqişə nəticəsində baş verdiyini yazıb.

Xatırladaq ki, Rusiya Qazaxıstandan Baykonur kosmodromunu, eyniadlı şəhəri və yaxınlıqdakı Kraynı hava limanını 2050-ci ilə qədər icarəyə götürüb.

Həmin ildən sonra Moskva öz kosmik gəmilərini Rusiyada yerləşən "Vostoçnıı" kosmodromuna köçürməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Baykonur kosmodromu yoxsa kriminal mərkəzi qazaxlar əməliyyat keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ