Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda etirazçıları dəstəkləyən məşhur aktrisa ilə bağlı qərar verildi

İranda etirazçıları dəstəkləyən məşhur aktrisa ilə bağlı qərar verildi

Tarix: 5 Yanvar 2023 19:58

İran rəsmiləri hökumətə qarşı keçirilən nümayişlərdə aksiya iştirakçılarını dəstəklədiyi üçün ötən ay həbs edilən məşhur aktrisa Taraneh Alidoostini məhkəmə keçirilənədək sərbəst buraxıb.

Tehranda yerləşən Evin həbsxanasının qarşısında başı açıq şəkildə görüntülənən Alidoostini dostları qarşılayıb.

Sosial media hesabında hicabsız şəkil paylaşaraq ilk dəfə etirazçılardan birinin edam edilməsini qınayan 38 yaşlı aktrisa "təhrikedici məzmun yaydığı" ittihamı ilə həbs edildikdən bir müddət sonra barəsində araşdırma yekunlaşanadək azadlığa buraxılıb.

Bugünədək bir çox iranlı aktyor, musiqiçi və digər məşhur şəxslər etirazçılara dəstək nümayiş etdrib.

Alidoosti həbs edilməmişdən bir neçə gün əvvəl, edam olunan ilk etirazçı Mohsen Sekari barəsində verilən edam qərarına qarşı çıxıb və beynəlxalq təşkilatları buna reaksiya verməyə çağırıb.

Milyonlarla izləyicisi olan Instagram hesabı bağlanmamışdan əvvəl Taraneh Alidoosti status paylaşaraq, "bu qətliamı izləyən və insanlıq naminə heç bir tədbir görməyən beynəlxalq təşkilatların səssizliyi utancvericidir" sözlərini yazıb.

Sonxeber.net BBC Azərbaycan-a istinadən xəbər verir ki, İranın dövlət xəbər agentliyi İRNA Alidoostinin "irəli sürdüyü iddialarla bağlı heç bir sübut" təqdim etmədiyi üçün həbs olunduğunu bildirib.

Alidoosti İranın ən uğurlu aktrisalarından biridir. O, 2016-cı ilin Ən Yaxşı Beynəlxalq Uzun Metrajlı film nominasiyası üzrə Akademiya Mükafatına layiq görülən "Satıcı" filmində oynayıb.

Taraneh Alidoosti hüquq mühafizə orqanlarının təzyiqləri nəticəsində öldürülən etirazçıların ailələrinə dəstək vermək məqsədi ilə aktrisa fəaliyyətinə müvəqqəti fasilə verib və nəyin bahasına olursa olsun İranda qalacağını bildirib.


Etiketlər:  İranda etirazçıları dəstəkləyən məşhur aktrisa ilə bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ