Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 20:55
Türkiyənin pop ulduzu Hadisə qalmaqallı aparıcı Seren Serengili polisə verib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, müğənninin bu addımı atmağa məcbur edən səbəb isə aparıcının verilişdə onun haqqında səsləndirdiyi ittihamlar olub.
Bu gün günorta saatlarında Seren prokurorluqda 3 saata yaxın ifadə verib.
Serengil hüquq-muhafizə orqanlarını tərk edən zaman jurnalistlərin suallarını cavablandırıb.
O, "Hadisə Rza Zərrabla yaşadığı gizli eşqlə bağlı şikayət edib. Biz də Rza bəyin keçmiş vəkili, Ebru Gündeş və vəkilini şahid olaraq göstərdik" sözlərini dilə gətirib.