Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir milyonluq dələduzluq edib xəstəxanaya yerləşdirilən qadının işi yenidən araşdırılacaq

Bir milyonluq dələduzluq edib xəstəxanaya yerləşdirilən qadının işi yenidən araşdırılacaq

Tarix: 7 Yanvar 2023 10:32

Bakıda 1 milyon 200 min manatlıq dələduzluq etməkdə təqsirli bilinən Hicran Allahverdiyevanın cinayət işi yenidən icraata verilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Hicran Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, şirkət yaratmaq adı ilə onların külli miqdarda pullarını ələ keçirib.

Cinayət işi üzrə 2 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.

İstintaq orqanı tərəfindən Hicran Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatında olan prosesdə Hicran Allahverdiyeva ilə bağlı hökm elan edilib.

Hökmə əsasən, Hicran Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Zərərçəkmiş şəxslərin hökmdən verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılıb. Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və Hicran Allahverdiyevanın sağalması barədə rəy verilib.

Bundan sonra, hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiya birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi barədə qərar elan edib.

Qərarda işin yenidən araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi tələb edilib. Qərar icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.


Etiketlər:  milyonluq dələduzluq edib xəstəxanaya yerləşdirilən qadının işi yenidən araşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ