Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murad “Avroviziya” mahnı seçimlərini QINADI: “Proses müəmmalı olmamalıdır” - FOTO

Murad “Avroviziya” mahnı seçimlərini QINADI: “Proses müəmmalı olmamalıdır” - FOTO

Tarix: 8 Yanvar 2023 04:35

Bəstəkar-müğənni Murad Arif nüfüzlu "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı qalmaqallı post paylaşıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi "Twitter" sosial şəbəkə hesabında yazıb.  

Beləki, Murad ona ünvanlanan "Murad Arif Avroviziya 2023 üçün mahnı yazıb?" sualına sərt cavab verib:

"Nə zaman ölkədə açıq mahnı seçimləri keçirilsə, o zaman yazacağam. Yoxsa ki, dəfələrlə müğənnini bilmədən mahnılar yazdıq. 3 gündən sonra xaricdə çəkilmiş klipləri ilə Avroviziya təmsilçimizi elan etdilər. Belə müəmmalı olmamalıdır proses! Belə olunca da heç kim canını qoymaz".

Qeyd edək ki, ötən ilin dekabrın səkkizi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək

"Avroviziya-2023" müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimini elan edib. 

Milli.Az


Etiketlər:  Murad Avroviziya mahnı seçimlərini QINADI Proses müəmmalı olmamalıdır FOTO


RƏYLƏR