Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2023 21:04
"Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparılır".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, 15-20 dəqiqə ərzində məhdudlaşdırma veriləcək:
"Bəzi yerlərdə kiçik alovlar ola bilər, onun da təhlükəsi yoxdur.
Əsas yanğının yayılmasının qarşısı alınıb. Hadisə yerinə 22 texnika, 120-dən artıq canlı qüvvə cəlb olunub.
Yanğının səbəbi barədə hələlik nəsə deyə bilmərik, araşdırma nəticəsində məlum olacaq".