Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadənin çıxışları kral ailəsini çökdürəcək

Şahzadənin çıxışları kral ailəsini çökdürəcək

Tarix: 9 Yanvar 2023 08:18

Şahzadə Harrinin xatirələri Britaniya monarxiyasının sonunun başlanğıcı ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kral III Çarlzın bioqrafı Ketrin Mayer deyib.

"Speys"in nəşri konstitusiya monarxiyasını təhdid edə bilər. Bəlkə də bu, monarxiyanın sonunun başlanğıcı olacaq və bunu müzakirə etməliyik. Hazırda dövlətə inamın olmaması və sağçı siyasətin yüksəlişi nəzərə alınmaqla bu, vacibdir", - o bildirib.

Mayer iddia edir ki, Harrinin Netfliks seriyasında və yeni kitabında qaldırdığı fundamental suallar, eləcə də müsahibələri diqqət mərkəzindədir:

"Zorakılıq, irqçilik və qadın düşkünlüyü ittihamları, eləcə də monarxiyanın dəstəklədiyi sinif bölgüsü kral ailəsinin idarəsini sarsıdacaq".

Milli.Az


Etiketlər:  Şahzadənin çıxışları kral ailəsini çökdürəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ