Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2023 18:05
Müğənni Dilarə Kazımova səsinin insanları ağlada bildiyini qeyd edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda ifaçı "Söhbət musiqidən gedir" verilişində danışıb.
"İçimdə iki Dilarə var. Biri melanxoliki sevir, digəri deyir, dur gedək... Bu iki insanın ortasında qalmışam. Bəziləri "Melanxoliya" mahnımı çox sevirlər və bunun mənim stilim olduğunu bildirirlər. Digərləri isə "Xarizma", "Vecimə deyilsən" mahnıları tərzində davam etməyimi istəyir. Mən içimdə olanları iki tərəfdən göstərməyə çalışıram. İnsanlar mənim səsimin onları ağlada bildiyini deyir. Mən oxuyanda çox insan niyəsə ağlayır. Və deyirlər ki, sən belə qəmli mahnılar oxuyub, bizim qəlbimizə toxunmalısan", - deyə, Kazımova fikirlərinə əlavə edib.