Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 07:48
"Azərbaycan dövləti hazırda Xankəndidə Azərbaycan əleyhinə çağırışlar edən Ruben Vardanyanı zərərsizləşdirə bilər. Bunun da bəlli yolları var. Azərbaycanın Ruben Vardanyanı zərərsizləşdirməsi üçün müəyyən qədər zamana ehtiyac var. Əslində Vardanyan Azərbaycan sərhədlərini keçərkən qanunları pozaraq cinayət işləyib. Eyni zamanda qanunsuz olaraq Azərbaycan ərazisinə yerləşib və dövlətimizə qarşı çağırışlar edib. Bu da onun ikinci cinayətidir. Bu şəxsin haqqında cinayət işi açıla və proses başlana bilər".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Oqtay Qasımov deyib.
Onun ehtimallarına görə, Vardanyanın zərərsizləşdirilməsi üçün bir neçə variant haqqında danışmaq mümkündür:
"Birincisi, Azərbaycan Rusiya ilə müvafiq danışıqlar apara bilər. Bundan sonra Rusiya özünün adamı olan və Qarabağa göndərdiyi Ruben Vardanyanı geri çəkə bilər. Bu variantda Ruben Vardanyan layihəsinin üzərindən xətt çəkilir və Vardanyanla bağlı məsələ bitir.
İkinci variantda Azərbaycanın hüquq-mühafizə orqanları Ruben Vardanyan barəsində cinayət işi açır, daha sonra bu separatçı beynəlxalq axtarışa verilir. İnterpol vasitəsilə onu hər yerdə axtarırıq. Bununla paralel olaraq savaş çağırışları olduğu səbəbindən antiterror əməliyyatları nəticəsində Ruben Vardanyan zərərsiləşdirilə bilər. Bu da tam normal və qanunlar çərçivəsində həyata keçirilən iş olar. Bir daha xatırladıram ki, Ruben Vardanyan Azərbaycan sərhədlərini qanunsuz keçib və üstəlik Azərbaycan dövlətinə qarşı çağırışlar edib. Bunun özü ona qarşı qəti tədbirlər görmək üçün yetərli əsaslar yaradır".