Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 13:50
Bakı. Kəmalə Məmmədli - Trend:
Azərbaycan qonşu ölkələrə Bakı-Tbilisi-Qars dəmiryol dəhlizi ilə sərnişin daşımalarının təşkili məqsədilə kömək edir.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır:
“Amma Gürcüstan və Türkiyə tərəfinin sərnişin daşımaları üçün zəruri lokomotivləri yoxdur. Mövcud lokomotivlərin isə əyləc sistemi ilə bağlı problemləri mövcuddur. Azərbaycan bu məsələlərin həll olunması üçün qonşu tərəfdaş ölkələrə hər cür kömək göstərməyə hazırdır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin