Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 09:12
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) ekspertləri bildiriblər ki, Yer kürəsinin ozon təbəqəsi 2066-cı ildə Antarktidada, 2045-ci ildə Arktikada və 2040-cı ildə dünyanın qalan hissəsində ozon dəliklərinin olmadığı 1980-ci il dəyərlərinə qayıda bilər.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə dünya təşkilatının proqramının hesabatında deyilir.
Qeyd olunub ki, geomühəndislik layihələri atmosferə zərərli hissəciklər buraxmaqla ozon təbəqəsinə ciddi şəkildə təsir göstərirlər.
Xatırladaq ki, kanadalı alimlər Yer atmosferində Antarktidadan yeddi dəfə böyük olan ozon dəliyi aşkar ediblər.