Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfərbərlikdən qaçan rusiyalılar aylardır Seul hava limanında yaşayır

Səfərbərlikdən qaçan rusiyalılar aylardır Seul hava limanında yaşayır

Tarix: 10 Yanvar 2023 12:42

Səfərbərlikdən qaçan beş rusiyalı bir neçə aydır ki, Seul hava limanında yaşayır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Cənubi Koreya hakimiyyəti onlara sığınacaq verməkdən imtina edib.

Rusiyanın müxtəlif bölgələrindən olan çağırışçılar ölkəni payızda tərk edib və o vaxtdan İnçxon hava limanının gözləmə zalında yaşayırlar.

Onlar Cənubi Koreyada sığınacaq almağı planlaşdırırdılar, lakin yerli Ədliyyə Nazirliyi onların bu müraciətini qəbul etməyib. Nazirlik hesab edib ki,  xidmətdən yayınma sığınacaq almağa səbəb sayıla bilməz.

Hava limanının yeni sakinləri arasında Buryatiyadan olan 23 yaşlı tələbə Vladimir Maraktayev, Krasnoyarskdan 30 yaşlı Andrey və Nalçikdən olan 31 yaşlı keçmiş futbolçu Yaşar Xubiyev də var. Jurnalistlər daha iki rusiyalının kimliyini açıqlamayıblar. Vladimir və Andrey bildiriblər ki, çağırış vərəqəsini aldıqdan sonra ölkədən qaçmaq qərarına gəliblər. Yaşarın dediyinə görə, o, hərbi xidmətə çağırışa tabe deyildi, lakin xidmətə gəlmədiyi təqdirdə fərari sayılacağına dair ona sənəd imzaladıblar. Yaşar həmçinin bildirib ki, bu yaxınlarda onun iki tanışı Makeyevkda həlak olub.

Rusiyalıların vəkili bildirib ki, xidmətdən yayınma onların öz ölkələrində təqiblərə səbəb ola bilər və buna görə də qaçqın statusu almaq hüquqları var.


Etiketlər:  Səfərbərlikdən qaçan rusiyalılar aylardır Seul hava limanında yaşayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ