Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücünün ehtiyatsızlığı ölümlə nəticələndi

Sürücünün ehtiyatsızlığı ölümlə nəticələndi

Tarix: 10 Yanvar 2023 23:30

Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.

Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regnional qrupundan bildirilib.

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.


Etiketlər:  Sürücünün ehtiyatsızlığı ölümlə nəticələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ