Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 09:54
Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti açıqlanıb.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, "ZƏFƏR yolu"nda zəif qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Toğanalı - Kəlbəcər - İstisu yolunda zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yol qardan təmizlənib, əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. "Ömər aşırımı"na doğru yüksəkliyə qalxdıqca 15-20 dərəcə şaxta müşahidə olunur.
Bakı - Quba yolunda qar yağır, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Gecə boyu yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var.
Giləzi - Xızı yolunun Xızı rayonu ərazisində qar yağır. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür. Xızı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı-Qobustan younda qar yağır, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol qardan təmizlənib, buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı yolunda qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, buz bağlamış sahələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - Ağsu-Yevlax yolunda qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Yolun-Ağsu hissəsində yol qardan təmizlənib, buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Muğanlı - İsmayıllı yolunda qar yağır, 5-7 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi, mailliyi cox olan hissələrdə, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda marşrut boyu qar yağır, İsmayıllı rayonu ərazisində 4-5, Qəbələ rayonu ərazisində 3-4 və Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Gecə boyu yolun qardan təmizlənməsi, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Yevlax - Şəki - Qax - Zaqatala yolunun Şəki rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub
Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, hava dumanlıdır, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə, Şəmkir rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Gəncə - Daşkəsən olunda qar yağır, marşrut üzrə 13-17 dərəcə şaxta müşahidə olunur. Yol qardan təmizlənib, buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Ələt - Astara yolunun Ələt-Masallı hissəsində zəif qar, Lənkəran-Astara hissəsində güclü qar yağır. 1-2 dərəcə şaxta var. Yol qardan təmizlənib, sürüşkənliyə qarşı qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı - Yardımlı yolunun Yardımlı rayonu ərazisində güclü qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənib, sürüşkənliyə qarşı qum-duz səpilib. Hərəkət təmin olunub.
Lənkəran - Lerik ylunda qar yağır, Lerik rayonu ərazisində 8-9 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı - Ələt - Hacıqabul yolunda qar yağır, gecə saatlarından başlayaraq yol qardan təmizlənib, yolun sürüşkən sahələrinə, əsasəndə körpülərin hərəkət hissəsinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul - Ucar - Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax- Gəncə - Qazax yolunda zəif qar yağır, 0-5 dərəcə şaxta var, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul - Bəhramtəpə - Horadiz yolunun Hacıqabul rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.