Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 14:12
Azərbaycanda fəaliyyət göstərən bəzi özəl xəstəxanalar son vaxtlar həkimlərin konsultasiya qiymətlərini artırıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ötən il 50-60 manata xəstə qəbul edən həkimlər bu il qiyməti 80-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətə qaldırıblar. Məşhur həkimlərin qəbul qiymətləri isə daha yuxarıdır. Bəzi həkimlərin qəbulları 200 manatdır.
Bəs bu qiymətlər hansı meyarlar əsasında formalaşır?
Ürək-damar cərrahı Cabir Gülmalıyev deyir ki, qiymət ixtisasa və həkimin akademik ünvanına görə dəyişir. Yəni burada keyfiyyət xüsusi rol oynayır. O ki qaldı müayinə və konsultasiya proseduruna, burada dəyişən nəsə yoxdur.
Standart prosedura uyğun olaraq, əlavə instrumental müayinə və analizlər isə bu məbləğə daxil deyil.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim qastroentoloq Emin Məmmədov da həkim qəbulunda prosedurun bənzər olduğunu deyir.
Mütəxəssislər deyirlər ki, özəl klinikalar kommersiya fəaliyyəti göstərən tibb müəssisələri olduğundan və avadanlıqlar, istifadə edilən məhsulların xaricdən gətirilməsi xəstə qəbulu qiymətlərinə də təsir edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: