Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad Dağlının toyundan arxiv görüntü - VİDEO

Rəşad Dağlının toyundan arxiv görüntü - VİDEO

Tarix: 11 Yanvar 2023 17:25

Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl şad günündə çəkilmiş görüntülər yayılıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Rəşad Dağlının toy mərasimində Xalq atisti Eyyub Yaqubov və ifaçı Tahir Ümidin dueti maraqlı alınıb.

Sosial şəbəkədə yayılan görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Rəşad Dağlının toyundan arxiv görüntü VİDEO


RƏYLƏR