Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 21:00
Aktrisa Aydan Axundzadə ilə evli olan aktyor İbrahim Çingiz yenidən döyməsi ilə gündəmə gəlib.
Sonxeber.net xəbər verir ki, aktyor bu dəfə yaxın günlərdə dünyaya gələn qızının adını və doğum tarixini boynuna yazdırıb. Bu barədə instaqramda paylaşım edən ulduz bildirib ki, bu, onun çoxdankı arzusu olub:
"Hər zaman arzusunda olmuşam ki, övladım olanda onun adını bədənimə həkk edim. Həyatıma xoş gəldin, Mehribanım. Çiynimin digər tərəfini isə gələcəkdə Çingiz balam üçün saxlamışam. Hekayəmiz hələ indi başlayır. 28.12.2022", - o, paylaşdığı videoya qeyd edib. (publika)