Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 22:14
"Türkiyə Ukraynaya kaset bombaları göndərir" iddiasına ikiqat təkzib gəlib.
Türkiyənin Ukraynaya soyuq müharibə dövründən qalma kaset bombası göndərdiyi iddia edilib. Bu barədə ABŞ mətbuatında yer alan xəbərdə deyilir.
Məlumata görə, iddia həm Rusiya, həm də Ukrayna tərəfindən təkzib edilib. Kremlin sözçüsü Dmitri Peskov xəbərin etibarlı olmadığını bildirib.
"Ən çətin problemləri müzakirə etməyə hazır olan tərəfdaşlıq əlaqələri bizi Türkiyə ilə qarşılıqlı şəkildə birləşdirir", - deyə o qeyd edib.
Qeyd edək ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar isə bu xəbərin Türkiyə ilə Ukrayna arasındakı münasibətlərə xələl gətirmək məqsədi güddüyünü bildirib. (publika.az)