Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2023 23:58
İran Ermənistanın sərhədinin dəyişməsinə imkan verməyəcəyi ilə bağlı xəbərdarlıq etdi, ancaq belə bir bəyanatı Qərb səsləndirməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, əksinə, İran Qafanda baş konsulluq açdıqdan sonra ABŞ Tehranın regionda vəziyyəti gərginləşdirməsinə imkan verməyəcəyini açıqlayıb.
Xaçikyan bildirib ki, İran heç vaxt hərbi müdaxilə etməyəcək, çünki ABŞ, Britaniya və İsrail dərhal Türkiyə və Azərbaycan birliyini müdafiə edəcək:
"Bakının xeyrinə dəqiq və aydın dəstək səsləndirildi, ancaq Ermənistanın ünvanına belə dəstək eşidilmədi"
Xaçikyan xatırladıb ki, Qərb iki il öncə (44 günlük müharibə nəzərdə tutulur - red.) heç nə etmədi, heç bir təzyiq göstərmədi, nəsə baş verərsə, yenə heç nə etməyəcək.