Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2023 06:35
"Siz "FaceApp" (fotoşop - red.) edən müğənnilər görməmisiz. Biz şəkillərimizə çox effekt vermirik, nə var, oyuq".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Şou xəbər" verilişinə müsahibəsində deyib.
Sənətçi orta yaşında olan xanım həmkarlarının "fotoşop" sevdasını atmacaları ilə burunlarından gətirib:
"Elə sənətkarlarımız var ki, onlara "FaceApp" yaraşmır, o qədər etməsinlər. Ayıbdır... Mən fotoşopun ən axırıncısını edirəm".
Türkan gözəllik naminə bıçaq altına girən məşhurları da "ağ yuyub, qara sərib": "Vallah bu dəqiqə elə bərbad əməliyyat etdirən məşhurlarımız var ki... Dəhşətlidirlər. İnsan güzgünün qarşısına keçib özünə baxar ki, mən nəyə oxşayıram, bu nə üzdür?"