Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə nəhəng kitabxana-şəhərcik açıldı - VİDEO

Türkiyədə nəhəng kitabxana-şəhərcik açıldı - VİDEO

Tarix: 14 Yanvar 2023 18:32

Türkiyədə nəhəng kitabxana-şəhərciyin açılışı olub.

18-ci əsrin ortalarında hərbi məqsədlər üçün tikilən bina bərpa, təmir və yenidənqurma işlərindən sonra Rami Kitabxanası kimi yenidən canlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabından bununla bağlı paylaşım edib:

"Ölkəmizi başda təhsil və mədəniyyət olmaqla qlobal miqyasda brend etmək üçün çalışırıq. Bu gün açacağımız Rami kitabxanasını bu gedişdə yeni bir mərhələ kimi görürük".

Rami Kitabxanası fərdi və qrup formasında oxu zalları, fəaliyyət sahələri, atelye yerləri, əlillər üçün hazırlanmış əlillik mərkəzi, seminarlar və sərgilər kimi müxtəlif istifadə imkanları olan böyük təhsil şəhərciyi formasında dizayn edilib. Uşaqdan gənclərə, universitet tələbələrindən tutmuş akademiklərə qədər hər kəsin marağına səbəb olacaq kampus açıq kitabxanası ilə gecə-gündüz oxucu və tədqiqatçılara xidmət göstərəcək.

18-ci əsrdə baş vəzir Rami Mehmet Paşa tərəfindən Sultan III Mustafa üçün inşa edilən tikili 1980-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsinə təhvil verilərək avtodayanacaq, futbol və idman meydançası, ərzaq anbarı kimi istifadə olunub.

Milli.Az


Etiketlər:  Türkiyədə nəhəng kitabxana şəhərcik açıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ