Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2023 03:35
"Əsl dost dosta görə özünü güllənin altına atır. Əslində dostlarımdan incimişdim. Sonra düzgün mövqedə olmadığımı anladım. Niyə? Çünki həmin şəxsin dostluğu bura qədər imiş. Ondan inciməyə dəyməz".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "İndi başla" verilişində deyib.
Dostluqda "ağzı yanan" sənətçi bu mövzuda bədbəxt olduğunu dilə gətirib.
"Hamını özüm kimi görmək istəyirəm. Bu da mümkün bir şey deyil. Özüm kimi heç doğma qardaşlarım belə deyil. Mənim kimi heç doğmalarım ola bilməz. Var əsl dost, dostluğu bacaran. Var yoldaşlıq edən. O da deyir ki, nəyimə lazımdır öldü və ya tutuldu getdi... Amma elə deyil.
Əslində dostluğa görə çox bədbəxt adamam. Çünki dostluğa çox inanıram. İnandığıma görə də, dostluğu başqa cür edirəm. Dostla bağlı tutduğum mövqe də əslində düz deyil. Başıma xoşagəlməz iş gəlmişdi.
Nə var idi orada? Gözlədiklərim o deyil idi. Allah eləməsin məni tutsalar, nə arxamca gələn olar, nə də ki evə gedən. Boş-boş şeylərdir. Dostluq ağır mövzudur. Dostluq hər kişinin başı üçün deyil", - deyə Manaf qeyd edib.